Notice: Undefined index: event_start_time in /home/suppor04/public_html/templates/default/models/article-events.php on line 20

Notice: Undefined index: event_end_time in /home/suppor04/public_html/templates/default/models/article-events.php on line 21
Tədbirlər
  • TƏDBİRLƏR
  • "ZEYTUN PHARMACEUTİCALS" İLƏ "BAXTER" ŞİRKƏTİNİN ƏMƏKDAŞLIĞI ÇƏRÇİVƏSİNDƏ GÖRÜŞ TƏŞKİL EDİLİB.
11.11.2019 - 12.11.2019

"ZEYTUN PHARMACEUTİCALS" İLƏ "BAXTER" ŞİRKƏTİNİN ƏMƏKDAŞLIĞI ÇƏRÇİVƏSİNDƏ GÖRÜŞ TƏŞKİL EDİLİB.

11-12 noyabr tarixlərində ABŞ-ın “BAXTER” şirkətinin MDB ölkələri üzrə meneceri V.Panzhinskiy, Rusiya və MBD ölkələri üzrə tibbi direktoru A.M.Andrusyov iştirakı ilə Bakıda görüş keçirilmişdir. “Zeytun Pharmaceuticals” MMC və “BAXTER” şirkətinin yaxın tərəfdaşı olaraq 2019-cu ildən etibarən həmin şirkətin tibbi avadanlıq və ləvazimatlarını ölkəmizə idxal edir. Hal-hazırda, xroniki böyrək xəstəliyi müalicəsində hemodializlə yanaşı, periton dializ də geniş tətbiq olunmaqdadır. Bu istiqamətdə “BAXTER” şirkətinin istehsal etdiyi məhsullar keyfiyyət və effektivliyi ilə seçilir və bu səbəbdən dünya tibb bazarında əsaslı mövqe tutmaqdadır. “BAXTER” şirkətinin Azərbaycan üzrə nümayəndəsi E.Əhmədovun, Səhiyyə Nazirliyinin Baş nefroloqu F.H.Babayevin,“BAXTER” şirkətinin MDB ölkələri üzrə meneceri V.Panzhinskiy, Rusiya və MBD ölkələri üzrə tibbi direktoru A.M.Andrusyov və  bu sahədə çalışan həkimlərin iştirakı ilə “Zeytun Pharmaceuticals” MMC-nin baş ofisində  dəyirmi masa təşkil olunmuş, elmi-praktik məruzələr dinlənilmiş, fikir mübadiləsi aparılmışdır. Bu tipli treninqlər xəstələrin müalicəsində əhəmiyyətli ola biləcəyini nəzərə alaraq, birgə əməkdaşlığın davamlı olması barədə təklif  edilmişdir.

Növbəti tətbir