
“Aptek müəssisələrinin beynəlxalq standartlara keçidinin aktuallığı” təlimi
Cari ilin 23-24 Fevral tarixlərində “Zeytun Pharmaceuticals” MMC –nin əczaçı əməkdaşları üçün STD Ltd. şirkətinin direktoru V. Milevska...
2020-ci il fevral ayının 29-da “Buta Palace”da biznes sahəsində 2019-cu ilin yekunları üzrə “Business Time” jurnalı tərəfindən təşkil edilən “Azeri Business Award” Milli mükafatının təqdimetmə mərasimi keçirilib.
Tədbirdə 12 ölkənin fövqəladə və səlahiyyətli səfirləri, müxtəlif dövlət qurumlarının, aparıcı şirkətlərin nümayəndələri, yüksək səviyyəli menecerlər, iqtisadiyyatın müxtəlif sahələrindən olan təmsilçilər, xarici qonaqlar və KİV nümayəndələri də daxil olmaqla 300 nəfər iştirak edirdi.
Tədbirdə həmçinin Gürcüstanın Batumi şəhərinin meri Laşa Komaxidze başda olmaqla nümayəndə heyəti də iştirak edirdi.
Laureatlar iqtisadiyyatın müxtəlif sahələrinin nümayəndələridir – tikinti materiallarının istehsalı, tibb, bankçılıq, kənd təsərrüfatı və s.
Şirkətimiz “Zeytun Pharmaceuticals” MMC 2019-cu il ərzində qazandığı nailiyyətlərə görə, ”Azeri Business Award” Milli mükafatı - “İlin apteklər şəbəkəsi” adına layiq görülmüşdür.