• Xəbərlər
  • 24-25 MAY TARİXİNDƏ BEYNƏLXALQ ELMİ PRAKTİKİ KONFRANS KEÇİRİLMİŞDİR.
24-25 MAY TARİXİNDƏ BEYNƏLXALQ ELMİ PRAKTİKİ KONFRANS KEÇİRİLMİŞDİR.
2022-06-20

24-25 MAY TARİXİNDƏ BEYNƏLXALQ ELMİ PRAKTİKİ KONFRANS KEÇİRİLMİŞDİR.

24-25 May tarixlərində Azərbaycan Tibb Universitetində “Şuşa İli”nə həsr olunmuş “Təbabətin aktual problemləri” adlı beynəlxalq elmi- praktiki konfrans keçirilmişdir. Konfransda ilk olaraq ATU-nun rektoru professor Gəray Gəraybəyli çıxış etdi, daha sonra Şuşa haqqında videonümayiş təqdim olundu.

   Türkiyə Cümhuriyyəti Sağlıq Bilimləri Universitetinin rektoru Dr.Cevdet Erdölün “Türkiyədə və Dünyada Sağlık hizmeti ve Hekimlik” mövzusunda çıxışında həm ölkəmizdə, həm də qardaş ölkədə tibb sahəsində olan əsas yenilikər və əhaliyə göstərilən tibb xidmətinin daha da yaxşılaşdırılması üçün yaradılan şərait barədə danışıldı.

Plenar iclasda Azərbaycan Tibb Univerisitetinin professorları öz təqdimatları ilə yanaşı Türkiyənin öndə gedən Universitetlərinin Professorları da öz elmi məqalələrini təqdim etdilər.Həmçinin iclasın cərrahiyə bölümündə cərrahiyədə olunan yeniliklər və tibb sahəsinə müasir yanaşmalar təqdim olundu.Ortopediya və Travmatologiyada istifadə olunan robot cərrahiyəsindən maraqlı təqdimatlar nümayiş olundu. Həmçinin N.V.Sklifosovskiy adına kliniki Tibb Universitetinin Kliniki immunologiya və allergologiya kafedrasını müdiri İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Molekulyar Təbabət İnstitutunun İmmunopatalogiya Laboratoriasının müdiri akademik Karaulov Alexandr Viktoroviç “Ağır COVİD-19-un immunopatogenezinin və immunoprofilaktikasının açılmış sirrlər” mövzusunu təqdim etdi.

Konfrans bəzi yerli şirkətlərin həmçinin “Zeytun Pharmaceuticals” MMC-nin sponsorluğu ilə həyata keçirilmişdir.

Tövsiyyə edirik