
"Apteklərin Beynəlxalq Sənaye Standartlarına Keçidinin Aktuallığı” mövzusunda E-təhsil proqramı
Azərbaycanda ilk dəfə “Apteklərin Beynəlxalq Sənaye Standartlarına Keçidinin Aktuallığı” mövzusunda E-təhsil proqramı çərçivəsində təlimə...
Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) müraciət edən 55 yaşlı qadının əsas şikayətləri ani, şiddətli baş ağrısı, ürəkbulanma və qusma olub. Baş beyin tomoqrafiyasında sağ tərəfdə beyin ilə beyin qişası arasında (subdural) kəskin qanama aşkar edilib. Belə qanamaların səbəbi, adətən, kəllə-beyin travması olur. Lakin pasiyent heç bir travma almayıb, yanaşı xəstəliyi olmayıb və qanı duruldan dərmanlardan istifadə etməyib.
Xəstədə olan qanama qadının həyatı üçün təhlükə yaratdığından təcili əməliyyat olunmasına qərar verilib.
RMDM-in həkimləri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qanama xaric edilib və qanamaya səbəb olan kiçik arteriya tapılaraq koaqulyasiya edilib (yandırılıb). Əməliyyatdan sonra pasiyent terapevt tərəfindən araşdırılıb, heç bir yanaşı xəstəlik aşkar edilməyib və beş gün sonra tam normal vəziyyətdə evə yazılıb.
*Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı