• Xəbərlər
  • ZEYTUN PHARMACEUTİCALS "GEO EXPANSION AWARD" MÜKAFATINA LAYİQ GÖRÜLDÜ.
ZEYTUN PHARMACEUTİCALS
2020-02-24

ZEYTUN PHARMACEUTİCALS "GEO EXPANSION AWARD" MÜKAFATINA LAYİQ GÖRÜLDÜ.

   13-16 fevral 2020-ci il tarixində İtaliyanın Roma şəhərində, dünyanın lider şirkətlərindən olan “Baxter” şirkətinin ardıcıl olaraq 14-cü, İllik Hesabat Qurultayı keçirilmişdir. Qurultayda Baxter şirkətinin rəsmi distribyutorları və onlarla əməkdaşlıq edən digər lider şirkətlərin nümayəndələri də iştirak etmişdir. 70-dən çox ölkənin 500-ə yaxın nümayəndə heyəti, o cümlədən, Baxterin Azərbaycandakı rəsmi distribyutoru “Zeytun Pharmaceuticals” MMC də tədbirə dəvət almışdır.

    Qurultayda 10 nominasiya üzrə mükafatlar təqdim edilmişdir. 2019-cu ildən “Baxter” şirkəti ilə əməkdaşlığa başlayan “Zeytun Pharmaceuticals” MMC ilk il üzrə şirkətə qazandırdığı uğurlara görə “Geo Expansion Award” mükafatına layiq görülmüşdür.

    Tədbirdən sonra “Baxter” şirkətinin vitse-prezidenti Hany Salahla, Azərbaycandan və Səudiyyə Ərəbistandan olan nümayəndələr arasında 1 saatlıq fərdi görüş keçirilmişdir. Görüşdə 2019-cu ilin yekun hesabatı müzakirə edilmiş, 2020-ci ildə isə əməkdaşlığın daha da genişləndirilməsi üzrə danışıqlar aparılmış, qarşılıqlı razılıqlar əldə edilmişdir.

    İnsan sağlamlığının keşiyində durmaq, zəruri olan dərman vasitələrinin və tibbi ləvazımatların vaxtındatəchizatı, keyfiyyətə ciddi nəzarət edilməsi “Zeytun Phamraceuticals” MMC-in əsas iş prinsiplərindəndir. O cümlədən, rəsmi distribyutor olaraq dərman vasitələri, tibbi avadanlıqlar və digər vəsaitlərin Azərbaycana gətirilməsi və klinikaların təchizatı da Şirkətimizin başlıca vəzifələrindəndir.

    Baxter şirkətinin 14-cü İllik Hesabat Qurultayında, nümayəndə heyətimiz Türkiyə Respublikası, Qazaxıstan Respublikası, Afrika, Yaxın Şərq və Şərqi Avropa ölkəkəri ilə birbaşa əlaqələr qurmuş, gələcək işlərin uğurlu alınması üçün danışıqlar aparmışlar.

Tövsiyyə edirik