• Xəbərlər
  • RMDM-Ə MÜRACİƏT EDƏN AĞIR XƏSTƏ AĞCİYƏR EMBOLİYASINDAN XİLAS EDİLİB
RMDM-Ə MÜRACİƏT EDƏN AĞIR XƏSTƏ AĞCİYƏR EMBOLİYASINDAN XİLAS EDİLİB
2019-08-27

RMDM-Ə MÜRACİƏT EDƏN AĞIR XƏSTƏ AĞCİYƏR EMBOLİYASINDAN XİLAS EDİLİB

3 həftə əvvəl digər xəstəxanada öd kisəsi əməliyyatı (xolesistektomiya) icra olunmuş 34 yaşlı qadın xəstə sol aşağı ətrafda kəskin ağrıların olması və bütün aşağı ətrafda şişkinliyin olması şikayəti ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) müraciət edib. Aşağı ətraf venalarının Doppler müayinəsi zamanı keçirdiyi əməliyyatın fəsadı kimi sol aşağı tərəf venalarının və qalça venasının kəskin trombozu (tıxanması) aşkarlanıb.

Tromb kəskin olduğundan bilavasitə trombdaxili əridici maddə yeridilməsi + ultrasonoqrafik trombektomiya qərara alınıb. İnvaziv radioloq Ağakişi Yəhyayevin bildirdiyinə görə, burada ən önəmli müalicə üsulu EKOSdur. Bu üsulla vedanan girib trombun içi ilə aşağı boş venaya qədər uzun kateter və  bu kateterin içərisindən xüsusi ultrasəs dalğalarını buraxan xüsusi bir cihaz - USM aparat (EKOS) yerləşdirilir. Bu, trombu xüsusi ultrasəs dalğaları vasitəsilə xırda-xırda döyəcləyərək fraqmentlərə ayırır və tromb əridən dərmanların o xırda trombları daha da tez əritməsinə imkan yaradır. Bütün bunlarla yanaşı, aşağı ətraflarda olan venalardan qopan trombun  ağciyərə gedib emboliya etmək riskinin qarşısını almaq üçün sadalanan prosedurlardan əlavə aşağı boş venaya filtr yerləşdirilir. Filtrin məqsədi icra prosesində və sonra - tromb əriyənə qədərki müddətdə trombun qopub ürək və ağciyər damarlarını tıxamasının qarşısını almaqdır. Beləliklə, ilk mərhələdə filtr qoyulur, ikinci mərhələdə trombla tıxanan damarların içərisinə EKOS yerləşdirilir və eyni cihazın içərisindən həm USM dalğaları gedir, həm də xüsusi tromb əridən dərmanların verilməsi icra olunur.

3 gün ərzində aparılan intensiv müalicə tədbirləri nəticəsində tromb tam sovrulub, xəstənin şikayətləri aradan qalxıb və sağlam şəkildə evə yazılıb.

Tövsiyyə edirik