
24-25 MAY TARİXİNDƏ BEYNƏLXALQ ELMİ PRAKTİKİ KONFRANS KEÇİRİLMİŞDİR.
24-25 May tarixlərində Azərbaycan Tibb Universitetində “Şuşa İli”nə həsr olunmuş “Təbabətin aktual problemləri” adlı beynəlxalq elmi- praktiki...
Azərbaycan Nefroloqlar Cəmiyyətinin iştirakı ilə 2-4 iyun tarixlərində Bakı şəhərində yerləşən Boulvared Marriot Hotelində III Milli Nefroloji, Dializ və Transplantologiya konqresi keçirilmişdir. Konqresin fəxri prezidenti Akademik Sudeyif İmamverdiyev, prezidenti isə professor Fariz Babayevdir.
Keçirilən tədbirdə Azərbaycan, Türkiyə və bir çox ölkələrin aparıcı həkimləri, alimləri, o cümlədən Türkiyənin Başkent Universitetinin və xəstəxanasının qurucusu, dünyaca məşhur alim, həkim, transplantoloq Mehmet Haberal də iştirak etmişdir.
Konqresin məruzəçiləri nefroloqlar, hemodializ mütəxəssisləri, transplantoloqlar üçün təqdimatlarla çıxış edib və bu sahə üzrə ən son yeniliklərdən danışıblar. Bundan əlavə onlar üçün kurs və məruzələr keçirilib. Bu sahələrdə elmin,tibbin son yenilikləri çatdırılıb.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.
Keçirilən konqresdə yerli şirkətlər, eləcə də “Zeytun Pharmaceuticals” MMC iştirak etmiş və sponsor olmuşlar.