• Xəbərlər
  • “Zeytun Pharmaceuticals” MMC COVID-19 virusunun müayinəsi üçün Səhiyyə Nazirliyinə təmənnasız 50 000 PZR test dəsti təqdim etdi
“Zeytun Pharmaceuticals” MMC COVID-19 virusunun müayinəsi üçün Səhiyyə Nazirliyinə təmənnasız 50 000 PZR test dəsti təqdim etdi
2020-06-09

“Zeytun Pharmaceuticals” MMC COVID-19 virusunun müayinəsi üçün Səhiyyə Nazirliyinə təmənnasız 50 000 PZR test dəsti təqdim etdi

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev respublikamızda COVİD-19 virusu ilə mübarizə tədbirlərinə başlanılan ilk günlərdən etibarən ölkə vətəndaşlarının sağlamlığını, sosial təminatının qorunmasını əsas vəzifələr kimi müəyyənləşdirərək, dövlət qurumları və özəl sektora aid şirkətlərin diqqətini bu sahəyə yönəltməyi tapşırıb.

 

Belə ki, “Zeytun Pharmaceuticals” MMC şirkəti ölkəmizdə yeni növ koronavirus infeksiyasının laborator müayinəsini həyata keçirmək üçün 50 000 nümunəlik PZR müayinə dəstini təmənnasız olaraq Azərbaycan Səhiyyə Nazirliyinə təqdim edib.

 

ÜST-ün təlimatlarına görə, COVİD-19 coronavirus təhlilləri tərs transkripsiyalı polimeraz zəncir reaksiyası (PZR) ilə aparılmalıdır. Tövsiyələrdə deyildiyi kimi, bu hal-hazırda koronavirus infeksiyasının ən doğru və etibarlı bir diaqnostik üsuludur. İnsanın bioloji materialında hətta çox az miqdarda virusun aşkarlanmasına və inkubasiya dövründə xəstəliyi müəyyən etməyə kömək edir. “Zeytun Pharmaceuticals” tərəfindən təqdim olunan müayinə dəstləri dərhal Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib.

 

Qeyd edək ki, Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi Azərbaycanda koronavirusun diaqnostikasını aparan ən böyük laboratoriyadır. Virusa yoluxduğu şübhə doğuran şəxslərdən götürülən nümunələr burada testlər vasitəsilə yoxlanılır.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəhbərliyi pandemiya ilə mübarizə dövründə “Zeytun Pharmaceuticals” –ın dəstəyini təqdirəlayiq hesab edib, şirkətə dərin minnətdarlığını bildirir. Onu da vurğulamaq lazımdır ki, dövlət tədbirlərinə daim dəstək verən bu şirkət Azərbaycan Respublikası Prezidentinin təşəbbüsünə qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait də köçürüb. Bus bir daha onu göstərir ki, Prezidentimizin müəyyən etdiyi sosial məhsuliyyət strategiyasına əməl edən şirkətlər seçilmiş kursa sadiqliyi nümayiş etdirməyə davam edirlər.

Tövsiyyə edirik