• Xəbərlər
  • “Əczaçıların İkinci Ümumrespublika Konfransı” baş tutdu.
“Əczaçıların İkinci Ümumrespublika Konfransı” baş tutdu.
2021-10-10

“Əczaçıların İkinci Ümumrespublika Konfransı” baş tutdu.

Bu ilin bir oktyabrında “Əczaçılar klubu” İctimai Birliyinin təşkilatçılığı ilə “Əczaçıların İkinci Ümumrespublika Konfransı” keçirilmişdir. Konfransda respublika əczaçıları ilə yanaşı, ölkə tibb ictimayətinin nümayəndələri, tanınmış alımlər, Tibb Universitenin müəllimləri və ictimayətin nümayəndələri iştirak etmişdir. Eləcə də müxtəlif ölkələrdən  – Türkiyə, Rusiya, Ukrayna, Fransa və digər ölkələrdən olan qonaqlarda bu konfransa dəvət olunmuşdular. Əczaçılar İctimai Birliyinin sədri Şövqi Bünyatov ictimai birliyin fəaliyyəti haqqında məlumat vermiş, Azərbaycan əczaçılarının son dövrdə əldə etdiyi uğurlardan danışmışdır. Çıxış edən qonaqlar müasir əczaçılığın nəaliyyətlərindən, elmi-texniki tərəqqinin nəaliyyətlərinin əczaçıların fəaliyyətinə təsirindən danışmışlar, yeni dövrdə yeni texnologiyaların əczaçılığa tətbiqi haqda təkliflərini bildirmişdilər. Eləcə də natiqlər əczaçılığın inkişafına mane olan problemlərdən danışmış, dərman preparatların ölkədə istehsalı üçün təkliflərini bildirmişdilər. Qeyd olunmuşdur ki, müxtəlif sahələrdə fəaliyyət göstərən əczaçıların əlaqə və əməkdaşlığı gücləndirilməli, problemlərin birgə həlli yolları araşdırılmalıdır. Ölkə əhalisini və tibb müəssələrini keyfiyyətli dərman preparatları ilə təmin etmək üçün yeni strategiya hazırlanmalıdır.

44 günlük Vətən müharibəsi və Covid-19 pandemiyası şəraitində fəaliyyət göstərən əczaçıların işi yüksək qiymətləndirilmişdir. Xüsusi ilə Vətən müharibəsi dövründə yaralıların müalicəsi ilə bağlı heç bir dərman çatışmazlığı olmamış, xəstəxanalar tam təchiz olunmuşdur. Müzəffər Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyev ölkəmizin tibb işçilərinin, o cümlədən, əczaçıların əməyini yüksək qiymətləndirmişdir. 

Konfransda əczaçılar bundan sonrada ölkə əhalisinin sağlamlığı keşiyində qətiyyətlə duracaqlarına bildirmişlər.

Tövsiyyə edirik