• Xəbərlər
  • Bakıda “Gömrük-Biznes Forumu 2023” keçirilib
Bakıda “Gömrük-Biznes Forumu 2023” keçirilib
2023-12-01

Bakıda “Gömrük-Biznes Forumu 2023” keçirilib

Bakıda Ümummilli Liderimiz Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə “Gömrük-Biznes Forumu 2023” keçirilib.

Cənab Prezident İlham Əliyev tərəfindən ölkəmizin dayanıqlı inkişafı istiqamətində həyata keçirilən irimiqyaslı iqtisadi islahatlar çərçivəsində gömrük xidməti tərəfindən reallaşdırılan layihələrin vətəndaşlara və biznes subyektlərinə çatdırılması üçün təşkil edilən forumun əsas məqsədi gömrük və biznes əməkdaşlığına Komitənin korporativ hesabatı, görüləcək işlərin anonsu və gerçəkləşdirilən layihələrdə fəal iştirak üçün biznes subyektlərinə çağırış, habelə yeni xidmət və məhsulların faydasından bəhs ediləcək işgüzar ortam yaratmaqdır.

Tədbir çərçivəsində gömrük işinin təşkili sahəsində işgüzar və səmərəli fəaliyyət göstərən şirkətlərə “Dəstək” və “Əməkdaşlıq” nominasiyaları üzrə təşəkkürnamələr təqdim edilib. Bu şirkətlər arasında Zeytun Pharmaceuticals MMC də yer alıb.

Tövsiyyə edirik