• Xəbərlər
  • "Qlaukoma və Quru Göz Sindromu " mövzusunda elmi-praktiki konfrans
2024-01-22

"Qlaukoma və Quru Göz Sindromu " mövzusunda elmi-praktiki konfrans

13.01.2024 tarixində Zeytun şirkəti Liv Bonadea Hospitalı ilə birlikdə “Qlaukoma və quru göz sindromu” mövzusu ilə bağlı Oftalmoloji elmi – praktik konfrans təşkil etmişdir.

Konfransın təşkil edilməsinin əsas məqsədi, Qlaukoma və quru göz sindromu xəstəliklərinin yaranma səbəbləri, tarixi və müalicəsində istifadə edilən müasir metodların həkimlərimizə təqdim edilməsi və mövcud təcrübələr üzrə fikir mübadiləsi aparmaq olmuşdur.

Konfransda, İstanbul Universiteti Cərrahpaşa tibb fakultəsinin Oftalmologiya üzrə bölmə rəhbəri Professor Dr. Özcan Ocakoğlu,  Göz xəstəlikləri Uzmanı Professor Dr. Vedat Kaya,  Liv Bonadea Hospitalı Göz xəstəlikləri şöbəsinin həkimləri Uzman Dr. Nahid Məmmədov və Uzman Dr. Aygül Tanrıverdiyeva çıxışlar etmişlər.

Prof. Dr. Özcan Ocakoğlu konfransın moderatorluğunu təmin etmişdir.  Hörmətli Professor sonrakı çıxışları zamanı Qlaukma xəstəliyi, onun tarixi, cərrahi müdaxiləyə qədərki dövrlərdə müalicə prinsipləri, seçim dərman vasitələri, şərtləri, cərrahi əməliyyata göstərişlər və cərrahi müdaxilələr zamanı həkimlərimizin diqqət yetirməli olduğu ən kiçik detalları şəxsi təcrübələrindən nümunələrlə həkimlərimizə təqdim etdi.  

Daha sonra Prof. Dr. Vedat Kaya Qlaukomada göz quruluğunun fəsadları və müalicə prinsipləri ilə bağlı məlumat və təcrübələrini həkimlərimizə təqdim etmişdir.

Türkiyədən dəvət olunmuş professorlar, hazırda tətbiq etdikləri müasir diaqnostik metodlarını, dərman və cərrahi müalicə taktikasının seçilməsi istiqamətindəki yenilikləri yerli oftalmoloq həkimlərimizə təqdim etdilər.

Bundan əlavə, qeyd edildiyi kimi, Uzman həkimlərimiz də öz təcrübələrini həkimlərimizə təqdim etdilər. Uzman Dr. Nahid Məmmədov “Qlaukomada cərrahi müalicə seçənəkləri” Uzman Dr. Aygul Tanrıverdiyeva isə “Qlaukomada görmə sahəsi – OCT” ilə bağlı ətraflı məlumatları həkimlərimizə təqdim etdilər.

Nəticədə Şirkətimizə məxsus Santen məhsullarının müasir texnoloji üstünlükləri, Qlaukoma müalicə vasitələrindən biri olan konservantsız Cosopt (BK) məhsulunun özəllikləri həkimlərimizə təqdim edilmişdir. Bundan əlavə son texnoloji yeniliklərə sahib olan, göz quruluğunda ən əhəmiyyətli məhsullardan birinə çevirilən Kationorm məhsulu da həkimlərimizin diqqətinə təqdim edilmişdir.

Həkimlərimiz bir çox mövzularla bağlı Professorlara suallar ünvanladılar və müvafiq olaraq suallar cavablandırıldı.

Bir daha Konfransın keçirilməsində bizə dəstək göstərmiş Professor və Uzman həkimlərimizə, o cümlədən konfransın bütün iştirakşılarına Zeytun şirkəti adından təşəəkürümüzü bildiririk.

Tövsiyyə edirik