• Xəbərlər
  • SƏRT KARANTİN REJİMİ DÖVRÜNDƏ "ZEYTUN PHARMACEUTİCALS" MMC 1376 SİFARİŞİ PULSUZ ÇATDIRMIŞDIR.
SƏRT KARANTİN REJİMİ DÖVRÜNDƏ
2020-06-16

SƏRT KARANTİN REJİMİ DÖVRÜNDƏ "ZEYTUN PHARMACEUTİCALS" MMC 1376 SİFARİŞİ PULSUZ ÇATDIRMIŞDIR.

Sərt karantin rejimi dövründə (14-15 iyun 2020-ci il) Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarında fəaliyyət göstərən “Zeytun Pharmaceuticals” MMC-yə aid apteklər şəbəkəsi dərman vasitələrinin sifarişlə ünvana çatdırılmasını həyata keçirmişdir. 14-15 iyun 2020-ci il tarixlərində “Zeytun Pharmaceuticals” MMC-nin (012) 914 qaynar xəttinə daxil ümumi sifariş sayı 1376 olmuşdur ki, bunun da 1170-i Bakı şəhərinin, 114-ü Sumqayıt şəhərinin, 82-i Gəncə şəhərinin və 10-u digər rayonların payına düşmüşdür.

Bütün müraciətlərə həssaslıqla yanaşılmış və verilmiş sifarişlər tam olaraq ünvana çatdırılmışdır.

Tövsiyyə edirik