BİRLİYİMİZ GÜCÜMÜZDÜR
2020-10-14

BİRLİYİMİZ GÜCÜMÜZDÜR

Şanlı Ordumuz cəbhədə tarix yazmağa davam edir. Bu birlik tələb edən günlərdə Zeytun Pharmaceuticals şirkəti torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən vətən müharibəsinin ilk günlərindən dövlətimizin və ordumuzun yanındadır. Döyüşlərin başladığı ilk günlərdən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Tibb Baş idarəsinə və bəzi cəbhə bölgələrində yerləşən hərbi qospitallara həyati vacib əhəmiyyətli dərman  və tibbi təyinatlı vasitələri təmənnasız olaraq göndərməklə Zeytun Pharmaceuticals şirkəti qəhrəman Azərbaycan əsgərinə və Ordumuza daima dəstək olacaqdır. Eyni zamanda “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” sərəncama əsasən şirkətin hərbi səfərbərliyə cəlb olunan əməkdaşlarının ailələrinə maddi yardımlar göstərilmiş, mənəvi dəstək verilmişdir.

Biz, Ordumuzla qürur duyuruq və düşmən üzərində qələbə üçün Zeytun Pharmaceuticals olaraq dəstəyimizi əsirgəməyəcəyik!

Tövsiyyə edirik