Qulaq ağrısı
2023-12-26

Qulaq ağrısı

Qulaq ağrısı

Uşaqlarda qulaq ağrılarına tez-tez rast gəlinir və bir çox səbəbə görə yarana bilər.

Qulaq ağrısına nə səbəb olur?

  • qulaq infeksiyası (qulağın müxtəlif şöbələrinin infeksiyası);
  • qulaqda yığılmış maye;
  • yığılıb qalmış qulaq kiri;
  • qulaqda ilişib qalmış kiçik əşya;
  • qulaq keçəcəyinin zədələnməsi;
  • burun-boğaz infeksiyalarının ağırlaşması və s.

Qulaq ağrısı olan uşağa nə kömək edə bilər?

Ağrını azaltmaq və ya kəsmək məqsədi ilə uşağa lazım olduqda Fenazon, Lidokain hidroxlorid, Asetaminofen (parasetamol) və ya İbuprofen tərkibli dərmanlar verilə bilər. Lakin, mütləq şəkildə ilk öncə həkimlə məsləhətləşib, düzgün məhsul seçimi və dozalanma üçün həkimin təlimatlarını diqqətlə dinləmək lazımdır.

Qulaq ağrısı üçün nə zaman həkimə müraciət etmək lazımdır?

Aşağıdakı hallarda mütləq həkimə müraciət edin:

  • uşağınız maye və qida qəbul etməkdə çətinlik çəkirsə;
  • qulaq ətrafında şişklinlik və ya qızartı varsa;
  • uşaqda qızdırma, boyun və ya baş ağrısı varsa;
  • qulağa toxunduqda ağrı yaranırsa.

Qulaq ağrılarının qarşısını almaq mümkündürmü?

Qulaq ağrılarının və onun profilaktikasının aparılması üçün aşağıdakı tövsiyyələrə riayyət etmək məsləhət görülür:

  • Övladlarınıza bütün peyvəndlərin vurulduğundan əmin olun;
  • Övladlarınızın qulaqlarını sərt pambıq çubuqlar və ya sərt cisimlərlə təmizləməyin;
  • Soyuqdəymə olan xəstələrdən uşaqlarınızı uzaq saxlayın;
  • Uşaqlarınızın sanitar və gigiyenik normalara riayət etməsinə ciddi nəzarət edin və s.

Tövsiyyə edirik