Selen
2023-11-30

Selen

Selen nədir?

Selen bir çox qida məhsullarında təbii olaraq mövcud olan (mineraldır) mikroelementdir, həmçinin qida əlavəsi kimi də mövcuddur. İnsan üçün həyati əhəmiyyət kəsb edən selen maddələr mübadiləsində(metabolizmdə), DNT sintezində, infeksiyadan qorunmada, immun sisteminin gücləndirilməsində, sərbəst radikalların səbəb olduğu zərərin qarşısını alınmasında həlledici rol oynayır. Selen çatışmazlığı bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər.

Selen çatışmazlığının əlamətləri hansılardır?

Selen çatışmazlığı bir sıra simptomlara səbəb ola bilər. Bunlardan ən çox yayılan hallar aşağıdakılardır:

  1. İmmun sisteminin zəifliyi;

  2. Kişilərdə və qadınlarda sonsuzluq;

  3. Əzələ zəifliyi;

  4. Yorğunluq və ya halsızlıq;

  5. Fikir dağınıqlığı;

  6. Saç tökülməsi və s.

Gündəlik selen qəbulu norması nə qədərdir?

Dünya sağlamlıq institutu gündəlik maksimal istifadə miqdarını aşağıdakı kimi təyin etmişdir:

 

Yaş

Kişi

Qadın

Hamilə

Laktasiya zamanı

0-6 ay

45 mq

45 mq

 

 

7–12 ay

60 mq

60 mq

 

 

1–3 yaş

90 mq

90 mq

 

 

4–8 yaş

150 mq

150 mq

 

 

9–13 y

280 mq

280 mq

 

 

14–18 yaş

400 mq

400 mq

400 mq

400 mq

19 yaşdan yuxarı

400 mq

400 mq

400 mq

400 mq

Selenin 7 faydası

  1. Güclü antioksidan kimi fəaliyyət göstərir.

Sərbəst radikallar bədəndəki müxtəlif metabolik proseslərin yan məhsullarıdır və oksidləşdirici stresə səbəb ola biləcəyi və DNT mutasiyalarına səbəb ola biləcəyi üçün xərçəng, ürək-damar xəstəlikləri, immun funksiyalarının pozulması və nevroloji xəstəliklərə səbəb ola biləcəyi üçün çox miqdarda yığılması təhlükəlidir.

Selen oksidləşdirici stress ilə mübarizə aparan, bir çox xroniki xəstəliklərdən bədəninizi qorumağa kömək edən güclü bir antioksidandır. Antioksidanlar, sərbəst radikalların səbəb olduğu hüceyrə zədələnməsinin qarşısını alan qidalardakı birləşmələrdir. İçki və tütün istifadəsi, stres və digər səbəblər sərbəst radikalların artımına səbəb olur, bu isə sağlam hüceyrələrə zərər verən oksidləşdirici stresə gətirib çıxarır. Oksidləşdirici stres ürək xəstəlikləri, alzheimer, xərçəng, erkən yaşlanma kimi problemlərə gətirib çıxarır olur.

       2. Xərçəngə qarşı profilaktika (profilaktiv tədbirdir)

Zəif immunitet sisteminiz və ya ailənizdə xərçəng xəstəliyi mövcuddursa, selen xüsusilə faydalıdır. Tədqiqatlara görə, yüksək dozalarda selen müalicəsi ilə edilən müdaxilələr xərçəng riskinin 31% aşağı olması, xərçəng ölüm riskinin 45% aşağı olması, həmçinin kişilərdə prostat xərçəngi riskinin 22% aşağı olmasına ilə nəticələnir. Digər tədqiqatlar göstərir ki, selen səviyyəsi daha yüksək olan bölgələrdən fərqli olaraq daha az olan bölgələrdə xərçəng riski daha yüksəkdir. Lakin qeyd etmək lazımdır ki, bütün bunlar selen tərkibli dərmanlar deyil, öncədən düzgün qidalanma nəticəsindədir.

Digər tərəfdən, bir xəstənin fərdi genetikası və xərçəng alt tipinə əsaslanaraq, selen potensial olaraq kimyəvi dərmanların qarşısını alaraq şişin böyüməsinə səbəb ola bilər.

        3. Ürək-damar xəstəliyinə qarşı profilaktika

Əvvəlki tədqiqatlar göstərir ki, selenium statusu az olan şəxslər ürək-damar xəstəliyi riski daha yüksəkdir. Ekspertlər selenin ürək-damar xəstəlikləri və ya ürək-damar xəstəlikləri ilə bağlı ölüm riskini azalda biləcəyini irəli sürürlər. Ürək-damar xəstəliklərinin inkişafında selenin rolu haqqında epidemioloji məlumatlar əsasən düzgün miqdarda selen tərkibli qidalanma bu riskin ehtimalını azalda bilər.

        4. Asma simptomlarını azaltmağa kömək edə bilər

Tədqiqatlar göstərir ki, xroniki astması olan xəstələrdə selen səviyyəsi daha aşağıdır. Həmçinin, selen tərkibli qidaları və əlavələri qəbul edən astması olan xəstələr digər xəstələrə nisbətən simptomları daha az hiss edirlər.

       5. Ömrü uzadır

Araşdırmalar selenin sağlamlıq və uzunömürlülük üçün nə qədər əhəməmiyyətli olduğunu göstərir. Uzun və sağlam bir həyat yaşamaq istəyirsinizsə, selen qidanızda əsas rol oynamalıdır.

Selen astmadan xərçəngə qədər müxtəlif xəstəliklərin profilaktikasında önəmli rol oynayır. Yaşlandıqca bir çox xəstəliklərə tutulma riski artır, buna görə də daima selen tərkibli qidalar qəbul edib onu normasında saxlamaq önəmli faktordur. Selen bir mineraldır, yəni ona az miqdarda ehtiyac var. Bununla birlikdə, o bədənimizdə bir çox vacib funksiyalarda rol oynadığı üçün bir qədər tez sistemimizdən çıxa bilər, buna görə də selenin bütün faydalarını əldə etmək üçün müntəzəm olaraq onu qəbul etməlisiniz.

       6. Nevroloji xəstəliklərə qarşı profilaktika

Alzheimer xəstəliyi mütərəqqi nevroloji xəstəlikdir, zaman keçdikcə beynin düzgün işləməməsi, yaddaş itkisi ilə nəticələnir. Bəzi tədqiqatlar göstərir ki, bu xəstəliyə sahib olan insanlarda qanda selen səviyyəsi aşağıdır. Bundan əlavə, həm qida, həm də qida əlavələrində olan selen alzheimer xəstəliyi olan xəstələrdə problemin irəli dərəcəyə qalxmasının qarşısını ala, yaddaşı yaxşılaşdıra bilər.

Araşdırma göstərir ki, gündə bir Braziliya fındığı qəbulu yüngül koqnitiv pozuntuları olan xəstələrdə nitq səlisliyini və digər psixi funksiyaları yaxşılaşdırır. Həmçinin, “Aralıq dənizi” adlanan pəhriz, hansı ki dəniz məhsulları və qoz-fındıq kimi selen miqdarının yüksək olduğu qidaları təşkil edir, alzheimer xəstəliyinin inkişaf riskini daha da aşağı salır.

        7. Tiroid hormonunu tənzimləməyə kömək edir

Tiroid hormonu metobolizmə, yuxu, temperatur, çəki, enerji və bir çox digər mühüm gündəlik bədən funksiyalarıni idarə edir və düzgün işləmədiyi zaman ciddi nəticələr yaradır. Selen tiroid hormonlarının yaranması və miqdarının tənzimlənməsində əsas rol oyanyır. Selen çatışmazlığı nəticəsində tiroid iltihabı, hipertiroidizm (tiroid hormonlarının çatışmazlığı) və hipotiroidizm (tiroid hormonlarının artıqlığı) kimi problemlər yarana bilər. Selen çatışmazlığı “Tiroid Haşimoto” xəstəliyinə səbəb olur. Tədqiqatlar göstərir ki, selen tərkibli qidalar və əlavələrin gündəlik qəbulu Haşimoto xəstəliyi olan xəstələrdə əhval-ruhiyyənin və ümumi rifahın yaxşılaşmasına təsir edə bilər.

Selenin həddindən artıq qəbulunun təhlükəsi

Selen sağlamlıq üçün zəruri olsa da, onun normadan artıq qəbulu təhlükəli olub zəhərlənmə, hətta ölüm ilə nəticələnə bilər.

Selen zəhərlənməsi nadir hallarda baş versə də, gündə tələb olunan miqdarda selen qəbul etmək və günlük 400 mq həddini heç vaxt aşmamaq vacibdir. Braziliya fındığı təkibində çox miqdarda selen ehtiva edir və onun normadan artıq qəbulu zəhərlənməyə gətirib çıxarır. Lakin, zəhərlənmə əsasən selen tərkibli qidalanma zamanı deyil, qida əlavələri qəbul edərkən baş verir.

Selen zəhərlənməsinin əlamətləri aşağıdakılardır:

  1. Saç tökülməsi;
  2. Baş gicəllənməsi;
  3. Ürəkbulanma;
  4. Qusma;
  5. Çəki itirilməsi;
  6. Səpmə;
  7. Əzələ ağrıları;
  8. Az hallarda ciddi bağırsaq və nevroloji simptomlar, ürək xəstəlikləri, böyrək çatışmazlığı və ölümlə nəticələnə bilər.

Tövsiyyə edirik