Sual-Cavab

Salam. Əczaçılıq kursunun müddəti nə qədərdir və kursu bitirdikdən sonra aptekdə işləyə bilərəm?

Əczaçılıq kurslarımız 6 ay davam edir. Həftədə 2 dəfə olmaqla 1,5 saat ərzində keçirilir. Kurs sonunda hər kəsə sertifikat verilir. Mütəmadi olaraq testlər keçirilir və testi müvəffəqiyyətlə keçən şəxslər işlə təmin olunur.

Salam. Əgər aptekdə istədiyimiz dərman yoxdursa nece əldə edə bilərik?

Yaxınlaşdığınız aptekdə sizə lazım olan dərmanı əczaçıya sifariş edib, gün ərzində əldə edə bilərsiniz. 

Salam. Şəxsi kabinetə necə giriş edə bilərəm?

Şəxsi kabinetə giriş ancaq əczaçılar üçün keçərlidir. Əczaçılar mail adresini və şifrəsini yazaraq giriş edə bilərlər.

Salam, Zeytun Farmaya necə CV göndərə bilərəm?

Vakansiyalar bölməsində sizə uyğun vakansiyaya daxil olaraq CV formatını doldurub göndərə bilərsiniz. Əməkdaşlarımız tezliklə sizinlə əlaqə saxlayacaq.